İdman

Coy-Lens Mikels: "Daha yaxşı çıxış edə bilərdik"

21 Oct 2026, 01:42 2 baxış
Coy-Lens Mikels: "Daha yaxşı çıxış edə bilərdik"
"Düşünürəm ki, daha yaxşı çıxış edə bilərdik". Oxu.Az xəbər verir ki, bu fikirləri "Sabah"ın futbolçusu Coy-Lens Mikels UEFA Çempionlar Liqasının əsas mərhələsinin III turu çərçivəsində "Borussiya Dortmund"la keçirilən və 1:2 hesabı ilə başa çatan matçdan sonra deyib. O bildirib ki, komanda birinci hissənin sonlarına doğru daha yaxşı oyun nümayiş etdirib: "Rəqib ikinci hissədə hesabda önə keçdikdən sonra növbəti qolumuzu vurmağa çalışdıq, amma alınmadı. Məyusuq, daha yaxşı çıxış edə bilərdik. Lakin indi növbəti oyuna köklənməliyik. Oyunumuzu inkişaf etdirməliyik. Almaniya komandası ilə qarşılaşmağı arzulayırdım. Almaniyada doğulmuşam, buna görə də bu ölkənin təmsilçisinə qarşı oynamaq mənim üçün xoş oldu". Futbolçu əvvəlki matçlarla bugünkü oyunu müqayisə edərək komandanın inkişaf etdiyini bildirib: "Oyundan-oyuna inkişaf edirik. Bəlkə də ilk turda "Mançester Yunayted" kimi güclü komanda ilə qarşılaşmaq bizim üçün çətin idi. Amma bu dəfə "Borussiya Dortmund"a qarşı baxımlı oyun sərgilədik. İndi isə xal qazanmalıyıq. Növbəti oyunumuz "Vikinq"lə, daha sonra isə "Barselona" ilə olacaq. Onlar dünyanın ən yaxşı komandalarındandır".
Mənbə oxu.az

Oxşar Xəbərlər