Kriminal
Mingəçevirdə zəncirvari qəza: İki sürücü xəsarət aldı
Mingəçevir şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə bu gün günün ikinci yarısında qeydə alınıb. Qəza zamanı "Toyota", VAZ-2107 və VAZ-21015 markalı avtomobillər toqquşub. Nəticədə VAZ-2107 markalı avtomobilin sürücüsü Əkbər Rzayev və VAZ-21015 markalı avtomobilin sürücüsü Elşad Qəhrəmanov xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az