Dünya

Avropada qazın qiyməti son dörd ilin rekordunu yeniləyib

20 Oct 2026, 19:40 2 baxış
Avropada qazın qiyməti son dörd ilin rekordunu yeniləyib
Avropanın əsas qaz ticarət mərkəzlərindən biri olan Niderlanddakı TTF-də noyabr fyuçerslərinin qiyməti 1 000 kubmetr üçün 1 043 dollara yaxınlaşıb. Oxu.Az xəbər verir ki, bu barədə "ICE Futures" birjasının məlumatlarında qeyd olunub. Bakı vaxtı ilə saat 15:20-yə olan məlumata görə, qazın qiyməti 1 042.9 dollara çatıb. Bu, əvvəlki ticarət gününün hesablaşma qiyməti ilə müqayisədə 2.1% çoxdur. Səhər saatlarında isə kotirovkalar 1 000 kubmetr üçün 1 027.6 dollar səviyyəsində olub. Bu, 0.6% artım deməkdir. Müqayisə üçün qeyd edək ki, qazın qiymətində tarixi rekord 2022-ci ilin yazının əvvəlində qeydə alınıb. Həmin vaxt qiymət 1 000 kubmetr üçün 3 892 dollara qədər yüksəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər