İdman
Azərbaycanda stadionların ot örtüyü niyə pis vəziyyətdədir? - Foto
Azərbaycanda futbol meydançalarının ot örtüyünün vəziyyəti və stadion çatışmazlığı yerli futbolun əsas problemlərindən biri olaraq qalır. Meydançaların keyfiyyəti təkcə oyunların səviyyəsinə deyil, futbolçuların sağlamlığına, uşaq futbolunun inkişafına və ölkəyə legionerlərin cəlb olunmasına da təsir göstərir. İdman jurnalistləri Ceyhun Rzayev və Kənan Məstəliyev Azərbaycanda futbol infrastrukturu, meydançaların vəziyyəti və mövcud problemlərin həlli yolları ilə bağlı fikirlərini Oxu.Az-a bölüşüblər. Ceyhun Rzayevin sözlərinə görə, Azərbaycanda təkcə oyun stadionlarının deyil, məşq meydançalarının da sayı artırılmalıdır.
O bildirib ki, Bakı Olimpiya Stadionunun ərazisindəki dörd məşq meydançasında belə boş yer tapmaq çətindir. Premyer Liqada çıxış edən klubların əksəriyyəti həmin meydançalardan istifadə edir. Jurnalist hesab edir ki, stadionların azlığı ot örtüyü ilə bağlı problemlərin həllini də çətinləşdirir. Belə ki, mövcud meydançalardan istifadəyə məhdudiyyət qoyulacağı təqdirdə komandaların alternativ stadion tapması asan olmayacaq. "Bizdə stadion problemi var, qıtlıqdır. Adi məşq meydançaları belə tapmaq çətindir. Bakı Olimpiya Stadionunun ərazisində məşq üçün dörd meydança var idi. Həmin meydançalarda da boş yer yoxdur. Premyer Liqa klublarının əksəriyyəti orada məşq edir. Buna görə də düşünürəm ki, UEFA və AFFA ciddi tədbirlər görə bilmir. Məsələn, hansısa stadionda oynamağı qadağan etsən, komanda harada oynayacaq? Bizdə stadion azdır", - deyə Ceyhun Rzayev bildirib. O, keyfiyyətsiz ot örtüyünün futbolçuların zədələnmə riskini artırdığını və oyunların səviyyəsinə mənfi təsir göstərdiyini də vurğulayıb. "Ot örtüyü futbolçuların zədələnməsinə səbəb ola bilər. Bu, oyunun keyfiyyətinə də ciddi təsir göstərir. Süni örtük bir problemdir, təbii örtüyü saxlamaq isə tamam başqa məsələdir", - deyə jurnalist qeyd edib. Onun fikrincə, təbii ot örtüyünün qorunması maliyyə vəsaiti və peşəkar qulluq tələb etsə də, meydançaların sayının artırılması da vacibdir. İdman jurnalisti Kənan Məstəliyev isə hesab edir ki, Azərbaycan futbolunun əsas problemlərindən biri stadion çatışmazlığıdır. Onun sözlərinə görə, Premyer Liqada 12 komanda çıxış etdiyi halda, ölkədə cəmi 10 stadion var. Birinci və İkinci liqalarda mübarizə aparan komandalar da məhdud sayda meydançadan istifadə etməyə məcbur qalırlar.
Məstəliyev bildirib ki, bəzi meydançalarda gün ərzində bir neçə oyunun növbə ilə keçirilməsi futbol infrastrukturu ilə bağlı vəziyyətin göstəricisidir. "Biz ölkədə futbolun inkişafından, uşaq futbolundan, məşqçilərin cəlb olunmasından və maliyyə ayrılmasından danışırıq. Amma ən sadə məsələ - futbol oynamağa yerimiz yoxdur. Meydança tapandan sonra da onun örtüyü ilə bağlı problemi həll edə bilmirik", - deyə o bildirib. Jurnalist süni örtüklərin müvəqqəti həll kimi nəzərdə tutulmalı olduğunu düşünür. Məstəliyevin fikrincə, Azərbaycanın iqlim şəraitində təbii ot örtüyü yetişdirmək və ona qulluq etmək mümkündür. Bunun üçün əsasən maliyyə vəsaiti və düzgün qulluq sistemi lazımdır. O, bəzi süni örtüklü meydançaların vəziyyətini də tənqid edib. Bildirib ki, keyfiyyətsiz meydançalar təkcə oyunçuların rahatlığına deyil, onların sağlamlığına da təhlükə yaradır. "Bu, Azərbaycan futboluna çox böyük zərbə vurur. Uşaqlarımız süni örtüklərdə oynayırlar. İlk vaxtlarda problem hiss olunmasa da, 14-16 yaşlarına çatanda diz, əzələ və sümük problemləri ilə üzləşə bilirlər. Zədələr onların gələcək karyeralarını təhlükə altına salır", - deyə Kənan Məstəliyev vurğulayıb. Onun sözlərinə görə, meydançaların vəziyyəti Azərbaycan çempionatının keyfiyyətinə və ölkəyə gəlmək istəyən əcnəbi futbolçuların qərarına da təsir göstərir. "Futbolçular kluba keçid zamanı yalnız maliyyə şərtlərini deyil, stadionların və məşq meydançalarının vəziyyətini, azarkeş mühitini, nəqliyyatı və yaşayış şəraitini də nəzərə alırlar. Keyfiyyətli infrastrukturun olmaması bəzi futbolçuların təkliflərdən imtina etməsinə səbəb ola bilər. İndiki informasiya dövründə futbolçular başqa ölkələrdəki şərait barədə asanlıqla məlumat əldə edə bilirlər. Buna görə də meydançaların vəziyyətini gizlətmək mümkün deyil", - deyə jurnalist bildirib. Məstəliyev hesab edir ki, süni örtüklərin istifadəsi ilə bağlı daha sərt qaydalar tətbiq oluna bilər. Onun fikrincə, AFFA lisenziyalaşdırma şərtlərini sərtləşdirərək Premyer Liqa klublarının süni örtüklü meydançalarda oynamasına məhdudiyyət qoya bilər. Jurnalist düşünür ki, belə qərarlar klubları təbii ot örtüklü stadionlar tapmağa, mövcud meydançaları yeniləməyə və onların saxlanılmasına daha çox vəsait ayırmağa sövq edə bilər.

Mənbə
oxu.az