Cəmiyyət
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) artan sərnişin tələbatını qarşılamaq məqsədilə oktyabrın 24-25-də Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə reyslər həyata keçirəcək. Oxu.Az xəbər verir ki, bu barədə ADY məlumat yayıb. Bildirilib ki, Bakı-Qazax-Bakı marşrutu üzrə də ənənəvi qrafiklə gündəlik səfərlər təşkil olunur. Əlavə reyslər çərçivəsində qatar Bakıdan Ağstafaya saat 08:30-da, əks istiqamətdə isə saat 17:15-də yola düşəcək. "Biletləri ADY-nin rəsmi saytı, "ADY Mobile" tətbiqi və ya dəmiryol kassalarından əldə edə bilərsiniz", - deyə məlumatda qeyd olunub.
Mənbə
oxu.az