Dünya

Albaniyada iğtişaşlar davam edir - Video

20 Oct 2026, 01:26 4 baxış
Albaniyada iğtişaşlar davam edir - Video
Albaniyanın paytaxtı Tirana şəhərində etirazçılarla güc strukturları arasında şiddətli toqquşmalar artıq yeddi gündür ki, səngimək bilmir. Oxu.Az ATA agentliyinə istinadən xəbər verir ki, iğtişaşlar oktyabrın 13-də tələbələrin Təhsil Nazirliyinin binası qarşısında keçirdiyi etiraz aksiyası zamanı başlayıb.

Nümayişçilər ölkənin Baş naziri Edi Ramanın istefasını tələb edirlər. Etirazçıları Albaniya Demokratik Partiyasının sədri Sali Berişa da dəstəkləyir. Aksiya iştirakçıları zibil qutularından barrikadalar quraraq onları yandırır, asayiş keşikçilərinə "Molotov kokteyli" atırlar. Bundan əvvəl etirazçılar Albaniya Apellyasiya Məhkəməsinin binasına daxil olmağa da müvəffəq olublar. Güc strukturları isə cavab olaraq gözyaşardıcı qazdan, su şırnaqlarından və rezin gülləli silahlardan tətbiq edirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər