Dünya
Şimali Koreyada hakimyyət Kim Çen Inın bacısına keçib?
Kim Çen Inın ölüm xəbərinin yayılmasından sonra Şimali Koreyada hakimiyyətin onun bacısı Kim Yo Çjona keçməsi iddia olunub. Oxu.Az bu barədə "The Economic Times"a istinadən xəbər verir. İddiaları Çin Demokratiya Partiyasının sədri Vançjun Sye səsləndirib. O, Kim Çen Inın qansızmadan öldüyünü, Çinin isə mümkün hakimiyyət böhranı fonunda Pxenyana təxminən 9 min hərbçi göndərdiyini irəli sürüb. Qeyd edək ki, Kim Çen Inın ölümü, bacısının hakimiyyətə gəlməsi və Çin hərbçilərinin göndərilməsi barədə iddiaların heç biri müstəqil mənbələrlə təsdiqlənməyib.
Mənbə
oxu.az