Digər
ABŞ-da məsciddə atışma baş verdi
ABŞ-ın Ohayo ştatının Kolumbus şəhərində məsciddə naməlum silahlı şəxs atəş açıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Alkoqol, Tütün, Odlu Silahlar və Partlayıcı Maddələrin dövriyyəsinə nəzarət bürosunun (ATF) yerli ofisi məlumat yayıb.
"ATF Kolumbus xüsusi agentləri məsciddə atışma ilə bağlı məlumatlara reaksiya verirlər", - deyə bildirilib.
Atışma nəticəsində ən azı bir nəfər ölüb, daha bir nəfər isə yaralanıb. Araşdırma aparılır.
Mənbə
axar.az