Dünya
ABŞ-də məsciddə atışma baş verib
ABŞ-nin Ohayo ştatının Kolambus şəhərindəki məscidlərdən birində atışma baş verib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Spirtli içkilər, Tütün, Odlu Silah və Partlayıcı Maddələrin Dövriyyəsinə Nəzarət Bürosunun (ATF) Kolambus şöbəsi özünün "X" sosial şəbəkə hesabında bildirib. Yerli WBNS telekanalının verdiyi məlumata görə, atışma yerli vaxtla saat 14:10-da (Bakı vaxtı ilə saat 22:10-da) baş verib. İnsident nəticəsində azı bir nəfər həlak olub, daha bir nəfər isə yaralanıb. Yaralanan şəxsin səhhəti barədə hələlik ətraflı məlumat verilmir. Polis hüquq-mühafizə orqanlarının ilkin ehtimalına görə, baş verən hadisə məscidə qarşı məqsədli şəkildə həyata keçirilmiş hücum hesab edilmir.
Mənbə
oxu.az