Cəmiyyət
Uşaq meydançasında təhlükəli çökmə - Video
Sumqayıt şəhərinin 17-ci mikrorayon ərazisində uşaq meydançasında təhlükəli çökmə baş verib. Bu səbəbdən sakinlər narahatlıqlarını bildiriblər. Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidən gün ərzində çoxlu sayda uşaq və yaşlı insan istifadə edir. Oyun meydançasında yaranmış çökmə isə hər an bədbəxt hadisəyə səbəb ola bilər.
Sakinlər bildirirlər ki, bir müddət əvvəl əraziyə aidiyyəti qurumlar baxış keçiriblər. Amma mövcud təhlükə hələ də aradan qaldırılmayıb. Məsələ ilə bağlı Sumqayıt Su Kanal İdarəsindən bildirilib ki, əraziyə baxış keçirilib. Kanalizasiya lükünün özündə hazırda hər hansı problem yoxdur. Sadəcə, lükün ətrafında çökmə qeydə alınıb və bununla bağlı aidiyyəti üzrə müraciət ünvanlanıb. Həmin ərazi müəyyən vaxt çərçivəsində abadlaşdırılacaq və çökmənin baş verdiyi hissəyə asfalt örtüyü çəkiləcək.

Mənbə
oxu.az