İdman

"Borussiya Dortmund" Bakıdakı məşqdən maraqlı paylaşım edib - Video

19 Oct 2026, 23:46 2 baxış
"Borussiya Dortmund" Bakıdakı məşqdən maraqlı paylaşım edib - Video
UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turu çərçivəsində "Sabah"la qarşılaşmaq üçün Bakıya gəlmiş "Borussiya Dortmund" məşq prosesindən paylaşım edib. Oxu.Az xəbər verir ki, Almaniya təmsilçisi sosial şəbəkə hesabında oyunun keçiriləcəyi Bakı Olimpiya Stadionundan maraqlı paylaşımı ilə diqqət çəkib.

Paylaşımda səsləndirilən musiqidə Azərbaycan millisinin futbolçularının adı çəkilir. Onların sırasında Elvin Bədəlov, Mahir Emreli də olub. Qeyd edək ki, "Sabah" - "Borussiya Dortmund" matçı oktyabrın 20-də, saat 20:45-də Bakı Olimpiya Stadionunda start götürəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər