İdman
Ronaldu 255 avro cərimə ödəyəcək
Kriştianu Ronaldu Portuqaliya Futbol Federasiyası (FPF) tərəfindən 30 gün müddətinə diskvalifikasiya olunub. Oxu.Az bu barədə "Record" nəşrinə istinadən xəbər verir. Ulduz futbolçu həmçinin komandanın təlim-məşq düşərgəsini vaxtından əvvəl tərk etdiyinə görə 255 avro məbləğində cərimə ödəyəcək. Xatırladaq ki, Ronaldu Millətlər Liqasının Danimarkaya qarşı matçdan (4:2) əvvəl milli komandanın düşərgəsini tərk edib. Baş məşqçi Jorji Jezuş aralarında hər hansı münaqişənin olmadığını iddia etsə də, federasiya intizam tədbiri görüb. Məlumata görə, Jezuş hücumçu ilə barışıq görüşünün keçirilməsinə razılıq verib. Qeyd edək ki, Ronaldu 2003-cü ildən Portuqaliya millisinin şərəfini qoruyur. O, yığmanın heyətində 2016-cı ilin Avropa çempionu və Millətlər Liqasının ikiqat qalibi olub.
Mənbə
oxu.az