Digər

Ukraynada parka zərbə endirildi: ölənlər var

20 Oct 2026, 00:22 1 baxış
Ukraynada parka zərbə endirildi: ölənlər var

Rusiya qoşunları Ukraynanın Xarkov vilayətinin Novaya Vodolaga qəsəbəsindəki mərkəzi parka pilotsuz uçuş aparatı ilə zərbə endirib. Nəticədə 2 qadın və 1 körpə həlak olub, azı 14 nəfər yaralanıb, onların 7-si uşaqdır.


Axar.az xəbər verir ki, bu barədə Ukraynanın daxili işlər naziri İvan Vıqovski Teleqram kanalında məlumat verib.


O bildirib ki, hadisə yerində təcili xidmət orqanları fəaliyyət göstərir, yaralılara tibbi yardım göstərilir, həmçinin ərazidə partlayıcı maddələrin olub-olmadığını yoxlanılır.


Xarkov Vilayət Prokurorluğunun məlumatına görə, zərbənin “Geran-3” tipli pilotsuz uçuş aparatı ilə endirildiyi ehtimal olunur.

Mənbə axar.az

Oxşar Xəbərlər