Dünya

Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi

19 Oct 2026, 20:48 3 baxış
Türkiyədə ehsan mərasimində 100-dən çox insan zəhərləndi
Türkiyənin Bursa şəhərində ənənəvi "Mövludi-Şərif və Düyü Günü" tədbirində iştirak edən sakinlər qidadan zəhərləniblər. Oxu.Az "Haber7"yə istinadən xəbər verir ki, şəhər sakinlərinin xatirəsinə təşkil olunan kütləvi ehsan mərasimi Bursada ikinci dəfə keçirilib. Tədbirdə təxminən min nəfərə toyuq və düyüdən ibarət yemək paylanıb. Mərasimdən təxminən üç saat sonra iştirakçılardan bəzilərində ürəkbulanma və qusma başlayıb. 100-dən çox insan xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı jandarm araşdırmaya başlayıb. Zəhərlənmənin səbəbinin qida olduğu ehtimal edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər