Dünya

Tramp İsrail xalqına müraciət etdi

18 Oct 2026, 22:36 2 baxış
Tramp İsrail xalqına müraciət etdi
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahunun yenidən bu vəzifəyə seçilməsini dəstəklədiyini açıqlayıb. Oxu.Az xəbər verir ki, Tramp bu barədə İsrail xalqına ünvanladığı müraciətdə bildirib. O, Netanyahunu "böyük döyüşçü baş nazir" və İranla mübarizədə "sülh naminə daha böyük tərəfdaş" adlandırıb. Tramp İranın 51 ildir "İsrailə ölüm, Amerikaya ölüm!" şüarını səsləndirdiyini qeyd edib. Onun sözlərinə görə, İran bu bəyanatlarını həyata keçirməyə cəhd edə bilərdi, lakin ölkənin hərbi və maliyyə imkanları sistemli şəkildə zəiflədilib. "Əgər İsrailin yanlış lideri olarsa, Amerika bu işi özü görməli olacaq. Mən isə buna meyilli deyiləm", - deyə Tramp bildirib. ABŞ prezidenti Netanyahunun güclü müxalifətə, o cümlədən İsrail daxilindəki müqavimətə baxmayaraq, mövqeyini qoruduğunu vurğulayıb. "Netanyahu çətin anlarda təzyiq altında sınmadı. Əksinə, daha da gücləndi və bu gün də eyni gücü qoruyur", - deyə Tramp qeyd edib. O, müraciətinin Netanyahunun İsrailin baş naziri vəzifəsinə yenidən seçilməsi uğrunda mübarizəsinə tam dəstəyini ifadə etdiyini bildirib. "Netanyahu sizi heç vaxt məyus etməyəcək!" - deyə ABŞ prezidenti vurğulayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər