Siyasət

Xəzərin dibindən Avropaya: Azərbaycan rəqəmsal körpüyə çevrilir - Video

18 Oct 2026, 22:48 3 baxış
Xəzərin dibindən Avropaya: Azərbaycan rəqəmsal körpüyə çevrilir - Video
Baku TV-nin "Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Verilişdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Bakıda keçirilən VII Sammitinin Azərbaycanın beynəlxalq nüfuzunun artması və təşkilatın gələcək inkişafı baxımından əhəmiyyəti müzakirə olunub.

Həmçinin Xəzər dənizinin dibi ilə çəkilən Trans-Xəzər fiber-optik kabel xəttinin Azərbaycanın rəqəmsal tranzit qovşağına çevrilməsinə və regionun geoiqtisadi əhəmiyyətinin artmasına təsiri barədə danışılıb. Kamboca, Laos və Vyetnamla əlaqələrin inkişafının Azərbaycanın Asiyada iqtisadi və siyasi əməkdaşlıq imkanlarını necə genişləndirdiyi də diqqət mərkəzində olub. Bundan başqa, məktəblərdə vahid geyim formasının tətbiqi ətrafında yaranan müzakirələr, ölkəyə qarşı informasiya manipulyasiyaları və kiberhücumların məqsədləri nəzərdən keçirilib.
Xəzərin dibindən Avropaya: Azərbaycan rəqəmsal körpüyə çevrilir - Video
Mənbə oxu.az

Oxşar Xəbərlər