İdman

Premyer Liqa: "İmişli" "Turan Tovuz"u, "Zirə" "Kəpəz"i qəbul edəcək

18 Oct 2026, 09:24 2 baxış
Premyer Liqa: "İmişli" "Turan Tovuz"u, "Zirə" "Kəpəz"i qəbul edəcək
Misli Premyer Liqasında 8-ci tura bu gün yekun vurulacaq. Oxu.Az xəbər verir ki, turun son oyun günündə iki qarşılaşma keçiriləcək. Günün ilk matçında "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gələcək. Matç saat 15:00-da start götürəcək. Qonaq komanda hazırda 14 xalla dördüncü pillədə qərarlaşıb. Meydan sahibləri 4 xalla doqquzuncu sıradadırlar. Digər qarşılaşmada isə "Kəpəz" doğma azarkeşlər önündə "Zirə"ni qəbul edəcək. Bu oyun saat 18:30-da başlayacaq. Gəncə təmsilçisi 10 xalla yeddinci, Bakı klubu 11 xalla altıncı yerdədir. Misli Premyer Liqası I dövrə, VIII tur 18 oktyabr 15:00. "İmişli" - "Turan Tovuz"; Hakimlər: Nicat İsmayıllı, Elşad Abdullayev, Kamran Bayramov, Mahmud Bağırzadə. VAR: Kamranbəy Rəhimov. AVAR: Gülnurə Əkbərzadə. Hakim-inspektor: Zöhrab Qədiyev. AFFA nümayəndəsi: Eldəniz Musayev. Yevlax şəhər stadionu. 18:30. "Kəpəz" - "Zirə"; Hakimlər: Emin Əliyev, Cəmil Quliyev, Müslüm Əliyev, Ruslan Quliyev. VAR: Rauf Cabarov. AVAR: Kərim Zeynalov. Hakim-inspektor: Əmrah İbrahimov. AFFA nümayəndəsi: Kifayət Mustafayeva. Gəncə şəhər stadionu.
Mənbə oxu.az

Oxşar Xəbərlər