İdman
Messi dubl etdi, "İnter Mayami" qalib gəldi - Video
MLS müntəzəm çempionatının növbəti matçında "İnter Mayami" səfərdə "Atlanta Yunayted"ə 3:1 hesabı ilə qalib gəlib. Oxu.Az xəbər verir ki, birinci hissənin sonunda Luis Suaresin ötürməsindən sonra qonaqların meksikalı yarımmüdafiəçisi Erman Berterame hesabı açıb.
Oyunun 56-cı dəqiqəsində Berteramenin ötürməsini Lionel Messi qola çevirib. Cəmi dörd dəqiqə sonra, 60-cı dəqiqədə 39 yaşlı argentinalı ulduz Luis Suaresin ötürməsi ilə dublunu rəsmiləşdirib. "Atlanta" matçın sonlarında təsəlli qolunu vura bilib - 89-cu dəqiqədə Fafa Piko penaltini dəqiq yerinə yetirib. Bu qələbədən sonra "İnter Mayami" xallarının sayını 55-ə çatdıraraq MLS-in Şərq Konfransında 2-ci pillədə yer alır. 30 xalı olan "Atlanta" isə 14-cü sırada qərarlaşıb.

Mənbə
oxu.az