Kriminal
Samuxda ağır qəza: Maşın iki hissəyə bölündü - Foto
Samuxda yol-nəqliyyat hadisəsi baş verib. Qəza nəticəsində avtomobil iki hissəyə bölünüb. Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Sərkar kənd yolunda qeydə alınıb. Belə ki, 1984-cü il təvəllüdlü sürücü Hafiz Həsənov VAZ-2107 markalı avtomobilin idarəetməsini itirib. Nəticədə avtomobil elektrik dirəyinə çırpılıb və zərbənin təsirindən iki hissəyə bölünüb. Sürücü ağır xəsarət alıb. H.Həsənov xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az