Kriminal

Samuxda dəhşətli qəza: Maşın iki hissəyə bölündü

17 Oct 2026, 00:50 2 baxış
Samuxda dəhşətli qəza: Maşın iki hissəyə bölündü

Samuxda yol qəzası zamanı avtomobil iki hissəyə bölünüb.


Axar.az-ın Report-a istinadən məlumatına görə, hadisə rayonun Sərkar kənd yolunda baş verib.


Belə ki, 1984-cü il təvəllüdlü sürücü Hafiz Həsənov "VAZ-2107" markalı avtomobilə idarəetməni itirib. Nəticədə avtomobil elektrik dirəyinə çırpılıb. Avtomobil zərbənin təsirindən iki hissəyə bölünüb və sürücü ağır xəsarət alıb.


H.Həsənov xəstəxanaya çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər