Kriminal

Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü

16 Oct 2026, 18:36 3 baxış
Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü
Bakı-Quba ödənişli avtomobil yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, hadisə yerinə FHN-in Sumqayıt Regional Mərkəzinin xilasediciləri cəlb ediliblər. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes" markalı özuqaldıran yuk avtomobili idarəetməni itirərək aşıb və bir nəfərin meyiti avtomobildə sıxılı vəziyyətdə qalıb. Qeyd olunub ki, xilasedicilər xüsusi vasitələrdən istifadə etməklə 1995-ci il təvəllüdlü Turqay Əhməd oğlu Qasımovun meyitini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər