Digər

Tramp yeni mətbuat katibini işdən çıxartdı

17 Oct 2026, 01:23 2 baxış
Tramp yeni mətbuat katibini işdən çıxartdı

Ağ Evin mətbuat katibi Keti Zakariya vəzifəyə təyin olunmasından bir neçə gün sonra işdən çıxarılıb.


Axar.az xəbər verir ki, bu barədə “Röyters” adı açıqlanmayan Ağ Ev rəsmisinə istinadən məlumat yayıb.


Bildirilir ki, bu, ABŞ Prezidenti Donald Trampın ictimai tənqidlərdən sonra Keti Zakariyanı vəzifədə qalmaq qərarını yenidən nəzərdən keçirməyi tövsiyə etməsindən sonra baş verib.


Qeyd edək ki, Zakariya avqustda administrasiyadan ayrılan Karolina Levitti əvəz etmişdi. O, yeni vəzifəyə oktyabrın 10-da təyin edilmişdi.

Mənbə axar.az

Oxşar Xəbərlər