Cəmiyyət

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

14 Oct 2026, 21:12 1 baxış
Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

2020-ci ildən bəri qadınlar və uşaqlar da daxil olmaqla, 400-dən çox Azərbaycan vətəndaşı mina hadisələrində həlak olub və ya yaralanıb, son üç onillik ərzində isə qurbanların ümumi sayı 3500-ü ötüb.


Axar.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi, səfir Tofiq Musayev bildirib.


"Bu rəqəmlər minatəmizləmə və qurbanlarayardım üçün davamlı beynəlxalq dəstəyə, eləcə də minaya qarşı fəaliyyət üzrə milli potensialın gücləndirilməsinə təcili ehtiyac olduğunu vurğulayır", - o qeyd edib.

Mənbə axar.az

Oxşar Xəbərlər