Siyasət

İmaməli Rəhman Azərbaycana yola düşdü

14 Oct 2026, 15:13 2 baxış
İmaməli Rəhman Azərbaycana yola düşdü

Tacikistan Prezidenti İmaməli Rahman Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) yeddinci sammitində iştirak edəcək.


Axar.az xəbər verir ki, bu barədə Tacikistan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.


Bildirilib ki, artıq İ.Rəhman Azərbaycana yola düşüb.


Müşayiət edən nümayəndə heyətinin tərkibində xarici işlər naziri, prezidentin xarici əlaqələr və iqtisadi məsələlər üzrə köməkçiləri, Təhlükəsizlik Şurasının katibi və digər rəsmi şəxslər olacaq.


Xatırladaq ki, AQEM-in VII sammiti təşkilata üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə oktyabrın 15-də Bakıda keçiriləcək.

Mənbə axar.az

Oxşar Xəbərlər