Siyasət

Paşinyan və Belozyorov Arazdəyən-Naxçıvan dəmir yolunun bərpasını müzakirə ediblər

14 Oct 2026, 16:02 1 baxış
Paşinyan və Belozyorov Arazdəyən-Naxçıvan dəmir yolunun bərpasını müzakirə ediblər
Ermənistan və Rusiya dəmir yolunun fəaliyyəti ilə bağlı məsələlərin həlli məqsədilə işçi qrupu yaradacaqlar. Oxu.Az-ın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bu detallar Ermənistanın baş naziri Nikol Paşinyan ilə "Rusiya Dəmir Yolları" (RDY) ASC-nin rəhbəri Oleq Belozyorov arasındakı görüşün nəticələri barədə Ermənistan Hökumətinin açıqlamasında öz əksini tapıb. İrəvanda keçirilən görüş zamanı Paşinyan vurğulayıb ki, regionun nəqliyyat kommunikasiyalarının açılması perspektivləri fonunda Ermənistan rəhbərliyinin əsas hədəfi ölkənin dəmir yolu sistemini rəqabətədavamlı səviyyəyə çatdırmaq, həmçinin onu qonşu ölkələrin və qlobal dəmir yolu şəbəkəsinə nteqrasiya etməkdir. Bu xüsusda, tərəflər regional proseslərin təqdim etdiyi yeni imkanları nəzərdən keçirib, Ermənistanın dəmir yolu infrastrukturunun beynəlxalq tranzit yollarına inteqrasiyası və rəqabət potensialının yüksəldilməsi istiqamətində atılacaq addımlar ətrafında fikir mübadiləsi aparıblar. "Gümrü - Axurik - Türkiyə sərhədi və Yerasx (Arazdəyən - red.) - Naxçıvan istiqamətlərindəki dəmir yolu xətlərinin yenidən qurulması layihələrinə dair müzakirələr həyata keçirilib", - deyə açıqlamada qeyd olunub.
Mənbə oxu.az

Oxşar Xəbərlər