İdman
"Vilyarreal"ın qapıçısı silahlı basqına görə "Napoli" ilə oyuna çıxa bilmədi
İspaniyanın "Vilyarreal" klubunun qapıçısı Peter Qulaçi evinə silahlı basqın edildiyinə görə UEFA Çempionlar Liqasının "Napoli" ilə oyununu buraxıb. Oxu.Az "AS" nəşrinə istinadən xəbər verir ki, hadisə oktyabrın 13-də səhər saatlarında, macar qolkiper ailəsi ilə birlikdə evində olarkən baş verib. Basqın zamanı Qulaçi və ailə üzvlərindən heç biri xəsarət almayıb. Lakin hadisənin yaratdığı psixoloji sarsıntı və yuxusuzluq səbəbindən 36 yaşlı qapıçı "Napoli" ilə qarşılaşmada iştirak edə bilməyib. Onun əvəzinə "Vilyarreal"ın qapısını braziliyalı Luis Junior qoruyub. Klub hadisə barədə aidiyyəti qurumlara məlumat verildiyini və araşdırma aparıldığını bildirib. Qeyd edək ki, "Vilyarreal" Çempionlar Liqasının əsas mərhələsinin II turunda "Napoli"ni 3:1 hesabı ilə məğlub edib.
Mənbə
oxu.az