Siyasət
Emoməli Rəhmon Azərbaycana yola düşüb
2026-cı il oktyabrın 14-də Tacikistan Respublikasının rəhbəri Emoməli Rəhmon Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə toplantısına qatılmaq məqsədilə Azərbaycana yola düşüb. Oxu.Az-ın məlumatına görə, bu barədə xəbəri Tacikistan dövlət başçısının mətbuat xidməti açıqlayıb. Bu səfər çərçivəsində ölkə rəhbərini Tacikistanın xarici işlər naziri, prezidentin xarici siyasət və iqtisadiyyat məsələləri üzrə köməkçiləri, Təhlükəsizlik Şurasının katibi və bir sıra digər hökumət nümayəndələri müşayiət edirlər. Xatırladaq ki, AQEM-in VII iclası təşkilata üzv dövlətlərin nümayəndələrinin iştirakı ilə oktyabrın 15-də Bakıda keçiriləcək.
Mənbə
oxu.az