Digər
Bakıda NATO təlimləri keçirilib - Foto
NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramına bəyan edilmiş Azərbaycan Ordusunun sülhməramlı tabor və Hərbi Polis bölüyünün 1-ci səviyyəli özünüqiymətləndirmə təliminin ilkin mərhələsi uğurla başa çatıb. Oxu.Az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Təlimdə bölmələrin silahlanmasında olan texnika, təchizat, avadanlıqlara baxış keçirilib, NATO standartları və tələblərinə uyğunluq səviyyəsi yoxlanılıb. Qeyd edək ki, qiymətləndirmə NATO-nun Quru Qoşunları Komandanlığının iştirakı ilə alyansın müxtəlif qərargahlarının və tərəfdaş ölkələrin ƏİK üzrə qiymətləndiriciləri tərəfindən həyata keçirilir.
{{gallery}}
{{gallery}}
Mənbə
oxu.az