Siyasət

Trampın Zelenskiyə xəbərdarlığı və "enerji atəşkəsi"nin pərdəarxası: Ukraynada hakimiyyət dəyişir?

14 Oct 2026, 15:22 1 baxış
Trampın Zelenskiyə xəbərdarlığı və "enerji atəşkəsi"nin pərdəarxası: Ukraynada hakimiyyət dəyişir?
"ABŞ Prezidenti Donald Trampın Ukrayna lideri Volodimir Zelenskinin hakimiyyətdən getməsinin vaxtının çatdığına dair açıqlaması, ilk növbədə, Vaşinqtonun Kiyevə siyasi təzyiqinin artması kontekstində qiymətləndirilməlidir". Bu fikirləri Oxu.Az-a açıqlamasında Züriyə Qarayeva deyib. O bildirib ki, Prezident Donald Tramp Ukraynada hakimiyyət dəyişikliyini birbaşa həyata keçirə bilməz:
"Vaşinqtonun hərbi yardımlar, maliyyə dəstəyi, kəşfiyyat məlumatlarının paylaşılması və diplomatik danışıqlar üzərindəki təsir imkanları kifayət qədər genişdir. Tramp bu vasitələrdən istifadə etməklə Zelenskini müəyyən güzəştlərə, xüsusilə də sülh danışıqlarında daha çevik mövqe tutmağa sövq edə bilər. Digər tərəfdən, Ukraynada prezident seçkisinin keçirilməsi məsələsi də gündəmə gətirilə bilər. Ancaq ölkədə hərbi vəziyyətin davam etməsi, təhlükəsizlik problemləri və milyonlarla ukraynalının ölkədən kənarda yaşaması seçkilərin təşkilini çətinləşdirir. Buna görə də Zelenskinin hakimiyyətdən getməsi məsələsini yalnız Trampın siyasi iradəsi ilə əlaqələndirmək düzgün olmaz. Burada Ukraynanın daxili siyasi prosesləri, qanunvericiliyi və cəmiyyətin mövqeyi də həlledici əhəmiyyət daşıyır". Ekspertin sözlərinə görə, enerji obyektlərinə qarşı hücumların dayandırılması məsələsində isə ABŞ-nin əsas imkanları diplomatik vasitəçilik, iqtisadi təzyiq və qarşılıqlı öhdəliklərin müəyyənləşdirilməsidir: "Tramp oktyabrın 11-də enerji atəşkəsinin əldə olunduğunu elan etsə də, razılaşmanın konkret şərtləri açıqlanmayıb və bundan sonra da Ukraynanın enerji infrastrukturuna zərbələr endirilib. Bu vəziyyət göstərir ki, sadəcə siyasi bəyanatla hücumları dayandırmaq mümkün deyil. Vaşinqton hər iki tərəflə konkret razılaşma əldə etməli, hücumların izlənilməsi üçün beynəlxalq nəzarət mexanizmi yaratmağa çalışmalı və pozuntuların nəticələrini əvvəlcədən müəyyənləşdirməlidir. ABŞ Rusiyaya qarşı iqtisadi sanksiyalardan, Ukraynaya münasibətdə isə hərbi və kəşfiyyat dəstəyi ilə bağlı qərarlardan təsir vasitəsi kimi istifadə edə bilər. Bununla belə, təzyiqin yalnız Kiyevə yönəlməsi razılaşmanın davamlılığını sual altına qoyar. Çünki enerji atəşkəsinin işləməsi üçün Moskvanın da üzərinə götürdüyü öhdəliklərə əməl etməsi vacibdir. Əks halda, enerji obyektlərinə hücumların dayandırılması təşəbbüsü real sülhə aparan addımdan daha çox müvəqqəti diplomatik bəyanat olaraq qala bilər".
Trampın Zelenskiyə xəbərdarlığı və "enerji atəşkəsi"nin pərdəarxası: Ukraynada hakimiyyət dəyişir? Trampın Zelenskiyə xəbərdarlığı və "enerji atəşkəsi"nin pərdəarxası: Ukraynada hakimiyyət dəyişir?
Mənbə oxu.az

Oxşar Xəbərlər