Kriminal

Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər

14 Oct 2026, 14:26 2 baxış
Bilgəhdə faciəli qəza: Sürücü və sərnişin öldülər
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb. Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volkswagen" markalı avtomobilin idarəetməsini itirib və nəqliyyat vasitəsi aşıb. Hadisə nəticəsində sürücü və sərnişini 1980-ci il təvəllüdlü Təbriz Namiq oğlu Əliyev hadisə yerində ölüblər. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər