Kriminal

Gədəbəydə bir ailə qəzaya düşdü: Ölən və yaralılar var

14 Oct 2026, 10:58 5 baxış
Gədəbəydə bir ailə qəzaya düşdü: Ölən və yaralılar var
Gədəbəy rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Çanaqçı kəndi ərazisində qeydə alınıb. Rayon sakini, 1989-cu il təvəllüdlü Şükür Yapon oğlu Ələkbərov VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib, maşın yolun kənarına aşıb. Nəticədə sürücünün həyat yoldaşı, 1993-cü il təvəllüdlü Səyyarə Əhliman qızı Ələkbərova hadisə yerində ölüb, oğlu, 2016-cı il təvəllüdlü Əli Şükür oğlu Ələkbərov isə xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər