İqtisadiyyat

Yeni pulköçürmə tarifləri "m10"a şamil olunur?

14 Oct 2026, 13:20 2 baxış
Yeni pulköçürmə tarifləri "m10"a şamil olunur?
Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqqı tarifləri müəyyən edilib. Yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib, Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə xidmət haqlarının yuxarı həddi müvafiq olaraq 2 və 1.5 dəfə endirilib. Maraqlıdır, bəs görəsən bu tariflər "m10" platforması ilə ödənişlərə şamil olunur? Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq "m10" rəqəmsal pul kisəsinin mətbuat xidmətindən bildirilib ki, yeni tariflər platformaya şamil olunmur və köçürmələr üzrə əvvəlki qaydalar qüvvədə qalır.
Mənbə oxu.az

Oxşar Xəbərlər