Cəmiyyət
Bakıda ağır qəza: 2 nəfər öldü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə bu gün saat 2 radələrində paytaxtın Sabunçu rayonu, Bilgəh qəsəbəsi ərazisində qeydə alınıb.
Bakı şəhər sakini, 1992-ci il təvəllüdlü Kamran Ehtiram oğlu Əliyev "Volksvagen" markalı avtomobilin idarəetməsini itirib və nəqliyyat vasitəsi aşıb.
Hadisə nəticəsində sürücü və sərnişini 1980-ci il təvəllüdlü Təbriz Namiq oğlu Əliyev hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Mənbə
axar.az