SEPAH-ın gizli bölməsinə yeni komandan təyin edildi
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Qüds qüvvələrinin komandanı İsmayıl Qaani xaricdə xüsusi əməliyyatlar həyata keçirmək üçün məsul olan 840-cı bölməyə yeni rəhbər təyin edib.
Axar.az xəbər verir ki, bu barədə İran mediası məlumat verib.
Məlumata görə, hazırda 64 yaşlı Müctəba Həqlisan bölməyə rəhbərlik edir. O, daha əvvəl həmin strukturun kəşfiyyat şöbəsinə başçılıq edib. SEPAH-a yaxın mənbələrin iddiasına görə, bölmənin strukturu və komandanlıq heyəti ifşa edildikdən sonra onun adının “600-cü bölmə” olaraq dəyişdirilməsi barədə qərar qəbul edilib.
Qeyd edək ki, sözügedən bölmənin fəaliyyəti İran hakimiyyətinin müxaliflərini və İsrailin maraqlarını hədəf alan sui-qəsd və təxribat əməliyyatlarını əhatə edən daha geniş kampaniyanın tərkib hissəsidir.