Cəmiyyət
Salyanda təkəri partlayan TIR aşdı - Video
Bakı-Astara magistralının Salyan rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) görüntülər daxil olub.
Məlumata görə, 77-ET-185 dövlət qeydiyyat nişanlı TIR yolun ortasındakı beton arakəsməyə çırpıldıqdan sonra aşıb. İlkin məlumata əsasən, hadisəyə nəqliyyat vasitəsinin ön təkərinin partlaması səbəb olub. Qəza nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur.

Mənbə
oxu.az