Digər

Türkiyədə müxalifət kanalında əməliyyat: saxlanılanlar var

14 Oct 2026, 11:48 2 baxış
Türkiyədə müxalifət kanalında əməliyyat: saxlanılanlar var

Türkiyənin “Halk TV” müxalifət kanalının İstanbuldakı ofisində Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən axtarışlara başlanılıb.


Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.


Məlumata görə, əməliyyat zamanı 17 şübhəli barəsində saxlanılma qərarı verilib.


Onlardan 11-i saxlanılıb. Kanalın sahibi Cəfər Mahiroğlu ölkə xaricində olduğu üçün haqqında qiyabi saxlanılma qərarı çıxarılıb.


Cəfer Mahiroğlu “rüşvət”, “tenderə müdaxilə” və “cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması”nda ittiham olunur.


Kanala qəyyum təyin edilib, canlı yayımı dayandırılıb.

Mənbə axar.az

Oxşar Xəbərlər