Dünya
Ukrayna ordusu yüzlərlə uşaq qatili erməni separatçını məhv edib - Video
Davam edən Rusiya-Ukrayna müharibəsi zamanı Qarabağdan qaçaraq Rusiya ordusunun tərkibində döyüşlərə qoşulan 450 separatçı məhv edilib, daha 60 nəfərin taleyi barədə heç bir məlumat yoxdur. Oxu.Az xəbər verir ki, bu barədə erməni jurnalist Roman Baqdasaryan yazıb. Baqdasaryan bildirib ki, separatçılar Rusiya ordusunun cərgələrində öz uşaqlarını böyütmək naminə ukraynalı uşaqları öldürürlər. Onların "verbovka"sında "qarabağlı" generallar iştirak ediblər. R.Baqdasaryan həmçinin separatçıların Ukrayna hərbçiləri tərəfindən məhv edilməsinə dair kadr da paylaşıb. Həmin görüntülərdə öldürülən separatçının üzərindən çıxan bez parçası da öz əksini tapıb. Qeyd edək ki, Azərbaycanın öz torpaqlarında separatçılığa son qoymasından sonra Qarabağda bir çoxu muzdlu əsasla "vuruşan" erməni separatçıları yollarını Rusiyadan salıblar. Onların Rusiya ordusuna cəlb olunması ilə bağlı bu ölkənin kütləvi informasiya vasitələrində dəfələrlə materiallar tirajlanıb.
Mənbə
oxu.az