Kriminal
Şirvanda hündürlükdən yıxılan bir yaşlı uşaq xəstəxanada ölüb
Şirvanda hündürlükdən yıxılaraq ağır xəsarət alan bir yaşlı uşaq xəstəxanada vəfat edib. Oxu.Az APA-ya istinadən xəbər verir ki, 2025-ci il təvəllüdlü körpə bir gün əvvəl taxtdan yıxılaraq ağır kəllə-beyin travması alıb. Azyaşlı kəllə sümüyünün deformasiyası diaqnozu ilə Şirvan xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğundan daha sonra Bakıda yerləşən Neyrocərrahiyyə Mərkəzinə köçürülən körpənin həyatını xilas etmək mümkün olmayıb.
Mənbə
oxu.az