İdman
"Sabah" - "Slaviya Praqa" matçında Çempionlar Liqasının antirekordu qeydə alınıb
UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turunda keçirilən "Sabah" - "Slaviya Praqa" (Çexiya) görüşü turnirin tarixinə antirekordla düşüb. Oxu.Az xəbər verir ki, "Opta" statistik portalının məlumatına görə, qarşılaşmada qapı çərçivəsinə ilk zərbə yalnız 35-ci dəqiqədə endirilib. Bu, 2003/04 mövsümündən etibarən statistik məlumatların qeydə alındığı Çempionlar Liqasında ilk çərçivəyə düşən zərbənin qeydə alınması üçün ən uzun müddət olub. Qeyd edək ki, Azərbaycan çempionu Bakı Olimpiya Stadionunda baş tutan görüşdə Çexiya təmsilçisini 2:0 hesabı ilə məğlub edib.
Mənbə
oxu.az