Digər

Kaşpirovski Ukraynada dəfn olunacaq

12 Oct 2026, 17:33 3 baxış
Kaşpirovski Ukraynada dəfn olunacaq

Sovet və rusiyalı psixoterapevt, teleaparıcı Anatoli Kaşpirovski Ukraynada dəfn olunacaq.


Axar.az xəbər verir ki, bu barədə TASS-a açıqlamasında onun bacısı oğlu Yuri Mamayev deyib.


“Tabut hazırda İstanbuldakı bir terminaldadır. Onun bu gecə Varşavaya çatması gözlənilir. Daha sonra o, dəmir yolu ilə Kiyevə, oradan isə Vinnitsaya aparılacaq”, - məlumatda qeyd olunub.


Mamayevin sözlərinə görə, Kaşpirovski sağlığında külünün bir hissəsinin anasının dəfn olunduğu Vinnitsaya aparılmasını, qalan hissəsinin isə Rusiyada saxlanılmasını vəsiyyət etmişdi.


Qeyd edək ki, Sovet və rusiyalı psixoterapevt, teleaparıcı Anatoli Kaşpirovski oktyabrın 3-də 87 yaşında vəfat edib.

Mənbə axar.az

Oxşar Xəbərlər