Cəmiyyət

Hərəkətdə olan sərnişin avtobusu anidən alışıb yandı - Foto

12 Oct 2026, 17:14 2 baxış
Hərəkətdə olan sərnişin avtobusu anidən alışıb yandı - Foto

Ucarda sərnişin avtobusu yanıb.


Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə bu gün Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.


Hərəkətdə olar "İkarus" markalı sərnişin avtobusu anidən alışaraq yanıb. Hadisə nəticəsində Bakı istiqamətində avtomobillərin hərəkəti bir müddət məhdudlaşdırılıb.


Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri cəlb olunub. Yanğın söndürülüb, yolda hərəkət bərpa olunub.


Hadisə zamanı xəsarət alan olmayıb.


Fakt araşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər