İdman

“Real” tanınmış 16 yaşlı futbolçunu alır

12 Oct 2026, 14:37 3 baxış
“Real” tanınmış 16 yaşlı futbolçunu alır

“Real” “Mançester Yunayted”in futbolçusu Cey-Cey Qabrieli transfer etmək niyyətindədir.


Axar.az Qol.az-a istinadla xəbər verir ki, Madrid klubu 16 yaşlı hücumçunun keçidi ilə bağlı razılığa yaxınlaşıb.


Bildirilib ki, “Real” həm futbolçunun, həm də İngiltərə təmsilçisinin maliyyə tələblərini qarşılamağa hazırdır. Transferin təxminən 15 milyon avroya başa gələcəyi gözlənilir. Daha əvvəl Qabrielin illik ən azı 1 milyon avro maaş tələb etdiyi bildirilmişdi.


Qeyd edək ki, 16 yaşlı hücumçu ilə “Barselona”, “Bavariya” və PSJ də maraqlanıb. Buna baxmayaraq, Madrid təmsilçisi transferdə irəliləyiş əldə edib.


Xatırladaq ki, Cey-Cey Qabriel hələ də “Mançester Yunayted”də qeydiyyatdadır. O, əsas komandadakı rolu ilə bağlı fikir ayrılıqlarından sonra ailəsi ilə birlikdə klubdan ayrılmaq istədiyini rəsmən bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər