İdman

Babək Quliyev "Sabah" - "Slaviya Praqa" oyununa təyinat aldı

12 Oct 2026, 13:48 1 baxış
Babək Quliyev "Sabah" - "Slaviya Praqa" oyununa təyinat aldı
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan təyinat alıb. Bu barədə Oxu.Az-a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidmətindən məlumat verilib. O, UEFA Gənclər Liqasının Liqa mərhələsində keçiriləcək "Sabah" - "Slaviya Praqa" (Çexiya) oyununda hakim-inspektor olacaq. B.Quliyev bu qarşılaşmada Norveçdən olan hakimlər briqadasının idarəçiliyini qiymətləndirəcək. Qeyd edək ki, qarşılaşma oktyabrın 13-də "Bank Respublika Arena"da, saat 15:00-da start götürəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər