İdman

TFF Arda Turana nə təklif edib? - Danışıqların detalları bəlli oldu

12 Oct 2026, 12:18 2 baxış
TFF Arda Turana nə təklif edib? - Danışıqların detalları bəlli oldu
İtaliyalı mütəxəssis Vinçenzo Montella ilə əməkdaşlığa son qoyan Türkiyə Futbol Federasiyası (TFF) Arda Turan variantını gündəminə daxil edib. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat yayıb. Nəşrin iddiasına görə, TFF-nin ötən həftə baş tutan iclasında adı hallanan Arda Turan oktyabrın 10-da özəl təyyarə ilə İstanbula səfər edib. Qeyd olunur ki, federasiya rəhbərliyi gənc mütəxəssisə rəsmi təklif göndərmək barədə qərar qəbul edib. Ailəsi ilə məsləhətləşən Arda Turan Türkiyə millisindən gələn bu təklifi dəyərləndirib. Məlumata görə, mütəxəssis TFF ilə ilk təmas zamanı - "Klubum getməyimi istəməz, mən də müharibə getdiyi bir vaxtda onları yarıyolda qoymaram", - deyib. Buna cavab olaraq TFF tərəfindən "həm klubu, həm də milli komandanı eyni anda çalışdırmaq" təklifi Arda Turana çatdırılıb. 39 yaşlı məşqçinin bu variantı nəzərdən keçirərək Ukrayna təmsilçisi ilə müzakirə aparacağı bildirilir. Xəbərdə bildirilir ki, mediada digər yerli məşqçilərin adları hallansa da, Arda Turanla razılaşma əldə edilmədiyi təqdirdə, əcnəbi mütəxəssislərin namizədliyi masaya yatırılacaq. Qeyd edək ki, Arda Turan hazırda Ukraynanın "Şaxtyor Donetsk" klubunu çalışdırır.
Mənbə oxu.az

Oxşar Xəbərlər