Kriminal
Mingəçevirdə 44 yaşlı kişini bıçaqlayan şəxs saxlanıldı
Mingəçevir şəhərində 44 yaşlı Elşad Məmmədovu bıçaqlayan şəxs saxlanılıb. Oxu.Az-ın məlumatına görə, hadisə oktyabrın 9-da baş verib. Şəhər sakini, 1982-ci il təvəllüdlü E.Məmmədov naməlum şəxs tərəfindən bıçaqlanıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən, 26 yaşlı Əvəz Əliyev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə
oxu.az