Kriminal

Biləsuvarda toyda dava: 49 yaşlı kişi bıçaqlandı

12 Oct 2026, 10:30 3 baxış
Biləsuvarda toyda dava: 49 yaşlı kişi bıçaqlandı
Biləsuvar rayonunda toyda bıçaqlanma hadisəsi olub. Oxu.Az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki şadlıq sarayında keçirilən mərasimdə baş verib. Toyda qonaq olan 1977-ci il təvəllüdlü Eldar Cəfər oğlu Vəliyevlə 1994-cü il təvəllüdlü Ülvi Qurbanov mübahisə edib. Mübahisə nəticəsində Ü.Qurbanov E.Vəliyevi bıçaqlayıb. Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən Ü.Qurbanov saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Mənbə oxu.az

Oxşar Xəbərlər