Kriminal

Bərdədə qəza: 71 yaşlı qadın öldü

12 Oct 2026, 10:12 4 baxış
Bərdədə qəza: 71 yaşlı qadın öldü
Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə şəhərin S.Vurğun küçəsində qeydə alınıb. Nizami Bərxudar oğlu Cəfərov özünə məxsus "Mercedes" markalı avtomobillə 1955-ci il təvəllüdlü piyada Əsli Yaqub qızı Muradovanı vurub. Piyada Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, orada ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər