Cəmiyyət
Xırdalanda kanalizasiya problemi sakinləri bezdirib: Küçəni üfunət bürüyüb - Video
Abşeron rayonunun Xırdalan şəhərində kanalizasiya problemi sakinlərin narazılığına səbəb olub. Bu barədə Oxu.Az-ın qaynar xəttinə (+994 55 224-12-12) şikayət daxil olub.
Bildirilib ki, Məhəmməd Hüseynzadə küçəsində təxminən iki ildir kanalizasiya borusundan mütəmadi olaraq çirkli su küçəyə axır. Problem aradan qaldırılması üçün görülən işlər qısamüddətli olur. Bir müddət sonra kanalizasiya yenidən daşmağa başlayır. "Yaranmış vəziyyət küçədə hərəkəti çətinləşdirir, antisanitariya şəraiti yaradır və ərazidə yaşayanların gündəlik həyatına mənfi təsir göstərir. Sözügedən küçə Heydər Əliyev prospektindən cəmi 50 metr aralıda yerləşir. Kanalizasiya suları prospektə də axır ki, bu da ətraf mühit və insanların sağlamlığı üçün potensial təhlükə yaradır", - deyə şikayətçi bildirib. Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib.

Mənbə
oxu.az