Kriminal

Masazırdakı qəzada ölənlərin kimliyi bilindi

12 Oct 2026, 10:08 2 baxış
Masazırdakı qəzada ölənlərin kimliyi bilindi
Abşeron rayonunun Masazır kəndində baş verən yol-nəqliyyat hadisəsində həlak olan şəxslərin kimliyi bilinib. Oxu.Az-ın məlumatına görə, hadisə Masazır-Novxanı avtomobil yolunda qeydə alınıb. Mürsəlli Araz Yusif oğlunun idarə etdiyi "KIA Rio" avtomobili ilə motosikletin toqquşması zamanı ikitəkərli nəqliyyat vasitəsində olan 2005-ci il təvəllüdlü Allahverən Rasim oğlu Məlikov və 2007-ci il təvəllüdlü Fərid Zamin oğlu Yusifzadə dünyasını dəyişiblər. Faktla bağlı cinayət işi başlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər