Dünya

İsrail ordusu Qəzzada daha bir HƏMAS komandirinin zərərsizləşdirildiyini açıqladı

11 Oct 2026, 19:58 2 baxış
İsrail ordusu Qəzzada daha bir HƏMAS komandirinin zərərsizləşdirildiyini açıqladı
İsrail Müdafiə Ordusu HƏMAS-ın hərbi qanadının elit "Nuxba" bölməsinin taqım komandiri Hişam Camal Əbu Qalanın öldürüldüyünü açıqlayıb. Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Ordunun məlumatına görə, o, 2023-cü il oktyabrın 7-də Kisufim postuna hücumun təşkilatçılarından biri olub və israillilərin girov götürülməsində iştirak edib. İsrail ordusu iddia edib ki, Əbu Qala son vaxtlar İsrail hərbçilərinə və mülki şəxslərə hücumlar təşkil edib, həmçinin atəşkəs rejimini sistematik şəkildə pozaraq HƏMAS-ın döyüş qabiliyyətini bərpa etməyə çalışıb. Məlumatda qeyd olunub ki, o, İsrailə qarşı yaratdığı təhlükənin aradan qaldırılması məqsədilə hava zərbəsi nəticəsində öldürülüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər